Xocalıda DTX və polis əməliyyat keçirdi

21:30 | 20.06.2021
Xocalıda DTX və polis əməliyyat keçirdi

Xocalıda DTX və polis əməliyyat keçirdi

Xocalı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Çanaqçı kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Anews.az-a verilən məlumata görə, RPŞ və Dövlət Təhlükəsizlik Xidmətnin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 1 690 kiloqramdan artıq olan, 2 800 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb