Xoşbəxt Yusifzadə təltif edildi

16:07 | 13.03.2015
Xoşbəxt Yusifzadə təltif edildi

Xoşbəxt Yusifzadə təltif edildi

Xoşbəxt Yusifzadə təltif edildi.

"Qafqazinfo” xəbər verir ki, martın 12-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Akademiyanın prezidenti, akademik Akif Əlizadə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə Rusiya Təbiət Elmləri Akademiyasının "Elm və incəsənət cəngavəri” fəxri adının diplomunu və medalını təqdim edib. 

Qeyd edək ki, akademik Xoşbəxt Yusifzadə ötən ilin dekabrında Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib. Dünyanın nüfuzlu elmi mərkəzlərindən sayılan Rusiya Təbiət Elmləri Akademiyası 1991-ci ildə görkəmli elm xadimləri, Nobel mükafatı laureatları tərəfindən yaradılıb. Hazırda Akademiya öz sıralarında dünya şöhrətli 200-dən artıq alimi birləşdirir. Bunlardan bir çoxu Rusiya Elmlər Akademiyasının və digər akademiyaların həqiqi üzvləridir. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb