Y. V. Çəmənzəminlinin indiyədək məlum olmayan əsərləri tapıldı

16:55 | 01.04.2014
Y. V. Çəmənzəminlinin indiyədək məlum olmayan əsərləri tapıldı

Y. V. Çəmənzəminlinin indiyədək məlum olmayan əsərləri tapıldı

AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Şəlalə Ana Hümmətli görkəmli Azərbaycan ədibi Yusif Vəzir Çəmənzəminlinin indiyədək məlum olmayan 30-a yaxın məqaləsini aşkar edib.

 

AMEA M. Füzuli adına Əlyazmalar İnstitutundan APA-ya verilən məlumata görə, həmin məqalələr 1918-1920-ci illərdə Krımın Ağməscid (Simferopol) şəhərində nəşr olunan “Millət” qəzetində dərc edilib.

 

“Yusif Vəzirov”,  “Y.” imzaları ilə çap edilmiş bu məqalələr yazıçının ədəbi irsinin, Azərbaycan-Krım ədəbi əlaqələrinin öyrənilməsi baxımından böyük maraq kəsb edir.

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM