Yaponiya Qarabağla bağlı mövqeyini açıqladı

15:00 | 05.09.2018
Yaponiya Qarabağla bağlı mövqeyini açıqladı

Yaponiya Qarabağla bağlı mövqeyini açıqladı

"Azərbaycan və Yaponiya arasında əməkdaşlıq yüksək səviyyədədir”.AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yaponiyalı həmkarı Taro Kono ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
 
Nazir qeyd edib ki, Yaponiya indiyədək Azərbaycana 7 milyard dollara yaxın investisiya qoyub və bunun 100 milyon dollardan çoxu qeyri-neft sektoruna yönəldilib: "Görüşdə ilk növbədə infrastruktur layihələrinə diqqət yetirilib. Yaponiya Şimal-Cənub, Qərb-Şərq dəhlizlərinin inkişafına böyük maraq göstərir. Bundan başqa turizm sahəsində əməkdaşlıq müzakirə olundu. İldən-ilə Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artır. Ona görə də Yaponiya ilə Azərbaycan arasında birbaşa təyyarə reysinin açılması müzakirə olundu”.

E.Məmmədyarov bildrib ki, görüş zamanı sentyabrın 20-də Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində GUAM-Yaponiya görüşünün keçirilməsinə dair razılıq əldə olunub. 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmkarına geniş məlumat veridiyini deyən nazir bildirib: "Biz Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə müzakirə apardıq. Deyə bilərəm ki, Yaponiya Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq birliyin mövqeyini dəstəkləyir”

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb