Yaqub Zurufçunun vəziyyəti pisləşib

11:42 | 11.09.2021
Yaqub Zurufçunun vəziyyəti pisləşib

Yaqub Zurufçunun vəziyyəti pisləşib

Koronavirusa yoluxan və vəziyyəti ağır olan Əməkdar artist Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib. Bunu açıqlamasında sənətçinin həyat yoldaşı Aynur Zurufçu deyib.
 
O bildirib ki, xaricdən gələn həkimlər yerli həmkarları ilə birlikdə Zurufçunun durumunu izləyiblər: "Həkimlər ötən gecə 2-3 saat Yaqubun başının üstündə olublar, konsilium edib və vəziyyətini dəyərləndiriblər. Bunun nəticəsi olaraq müalicə və terapiya ilə bağlı qərarlar veriləcək. Nəticə barədə bu gün məlumat alacağıq”.

Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb