"Yaxın günlərdə Suriya ilə iqtisadi əlaqələrimizi inkişaf etdirəcəyik"

09:36 | 20.08.2016

"Yaxın günlərdə Suriya ilə iqtisadi əlaqələrimizi inkişaf etdirəcəyik"

"Yaxın günlərdə Türkiyə ilə Suriya arasında iqtisadi əlaqələr inkişaf etdiriləcək".

"Report" xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Nurettin Canikli "Reuters" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, son dövrlərdə Türkiyənin İraq və Suriya ilə ticarət əlaqələrində geriləmə müşahidə edilir.

"Qarşıdan gələn günlərdə özəlliklə Suriya ilə iqtisadi sahədə fəaliyyətimizi artırmaq imkanı olacaq. Bu münasibət Suriya xalqı və hakimiyyəti ilə qurulacaq", - deyə, baş nazirin müavini vurğulayıb. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb