Yeni nazir bu vəzifəsindən getdi

14:40 | 04.05.2018
Yeni nazir bu vəzifəsindən getdi

Yeni nazir bu vəzifəsindən getdi

Bu gün "Sumqayıt" futbol klubunun Müşahidə Şurasının iclası keçirilib.

Klubdan verilən məlumata görə, toplantıda şuranın 7 üzvündən Muxtar Babayev, Vaqif Ömərov, Hacı Salayev, Teymur Səmədov, Telman Salahov, Abdulla Məmmədov və komandanın prezidenti Riad Rəfiyev iştirak ediblər.

Toplantıda Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunduğundan Müşahidə Şurasına müraciət edərək üzvlükdən azad olunmasını istədiyi bildirilib.

İclas zamanı Müşahidə Şurasının sədri Abdulla Məmmədov, öz növbəsində, Muxtar Babayevə 8 il ərzində "Sumqayıt"a və idmana göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək işlərində uğurlar arzulayıb.

Sonda isə Muxtar Babayevin müraciəti qəbul edilib və onun Müşahidə Şurası üzvlüyündən azad olunması qərara alınıb.
 
//mia.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM