Yerevanda 47 nəfər saxlanılıb

18:16 | 01.08.2016
Yerevanda 47 nəfər saxlanılıb

Yerevanda 47 nəfər saxlanılıb

Bu hadisə ilə əlaqədar iki maddə üzrə cinayət işi açılıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Yerevanda post-patrul xidməti alayı binasının ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi açıb.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu iş üzrə 47 nəfər saxlanılıb və ya həbs olunub.

Cinayət işi binaların, tikililərin, nəqliyyat və rabitə vasitələrinin ələ keçirilməsi və silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz əldə edilməsi, satışı, saxlanılması, daşınması və ya üzərində gəzdirilməsi maddələri üzrə açılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb