Yığmamız Ermənistanla qarşılaşacaq

11:45 | 20.07.2017
Yığmamız Ermənistanla qarşılaşacaq

Yığmamız Ermənistanla qarşılaşacaq

20 yaşadək kişi basketbolçular Avropa çempionatının B divizionunda növbəti oyunlar keçirilib.

anews.az apasport.az-a istinadən xəbər verir ki, Rumıniyanın Oradea şəhərində keçirilən yarışda qrup mərhələsinə V turun oyunları ilə yekun vurulub.

B qrupunda mübarizə aparan Azərbaycan millisi sonuncu turda Hollandiya ilə görüşüb. "Narıncılar" bu matçda 85:54 (21:16, 20:22, 24:11, 20:5) hesablı qələbə qazanıb. Cordan Devis komandamızda ən çox - 16 xal toplayıb.

Bu məğlubiyyət Tahir Baxşıyevin yetirmələrinin 4-cü uğursuzluğu olub. Bunadək Rusiyaya 56:85, Slovakiyaya 78:86 və Böyük Britaniyaya 68:111 hesabı ilə uduzan millimiz qrupda sonuncu yeri tutub.

Yığmamız qrup sonuncularının mübarizə aparacağı 17-20-ci yerlər uğrunda matçlarda qüvvəsini sınayacaq. Basketbolçularımız sabah Ermənistanla qarşılaşacaq. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb