Yunanıstanın ateist lideri "İncil"ə əl basıb and içəcəkmi? - FOTOLAR

13:47 | 26.01.2015
Yunanıstanın ateist lideri

Yunanıstanın ateist lideri "İncil"ə əl basıb and içəcəkmi? - FOTOLAR

Yunanıstandakı erkən seçkilərin nəticəsində Radikal Sol İttifaq səslərin 36.29  faizini toplayaraq ən çox səs toplayan partiya oldu.
 
 
 
 
ANN.Az xəbər verir ki, təkbaşına iqtidar partiyası olmaq üçün 151 deputat yeri qazana bilməyən SYRİZA koalisiya qurmaq üçün ortaq axtarmağa məcburdur.

Hələlik səslərin 75 faizi hesablanıb və SYRİZA parlamentdəki yerlərin 149-unu qazanıb. Hakim sağçı Yeni Demokratiya Partiyası nəticələrə görə ikincidir. Hazırki baş nazir Antonis Samaras məğlubiyyətini qəbul edərək cənab AleksisTriprası telefonla təbrik edib.

Qanunlara görə, Yunanıstanın yeni lideri Aleksis Tripras ölkənin dini liderinin hüzurunda "İncil"ə əl basaraq and içməlidir. Ateist liderin andiçmə mərasimində necə hərəkət edəcəyi hər kəsin marağına səbəb olub və dünya hadisələrin  gedişatını maraqla gözləyir.

Yeni lider yunan ictimaiyyətinə hələ 16 yaşında tanışdır. O, gənc olarkən "Önlük hərəkati" adlı tələbə etiraz hərəkatının lideri olub. O, tələbə üsyanlarının mahiyyətini aaçıqlamaq üçün 1990-cı illərdə yunan televiziyalarına çıxaraq müsahibələr verərə, ölkənin o vaxtkı rəhbəri Miçotakis hökumətini tənqid atəşinə tutardı. 16 yaşlı bir tələbənin bu cür cəsarətli çıxışları onu populyarlaşdırmışdı.
 
 
 
 
Şəxsi həyatına gəlincə, Tsipras həmin illərdə fəal gənc qızlardan biri ilə sevgili olub. Baziana adlı xanımla birliklərindən 2 övladları var.
 
 
 
 
SYRİZA-nın xarizmatik lideri 150 ildən sonra ölkənin ən gənc dövlət başçısı şansını əldə etmiş olur. O, maliyyə yardımları və hazırkı təsərrüfat siyasətinə qarşı baxışları ilə seçilir. "Bu gün qələbəni qeyd edib sabahdan ciddi işləyəcəyi"ni bildirən A.Tsipras ilk açıqlamasında belı deyib: "Xalqımızın qərarı "troyka"nın (Avropa Birliyi, Avropa Mırkəzi Bankı və İMF) bitdiyi anlamını verir".

AleksisTriprası 1974-cü il iyulun 28-də Afinada anadan olub. Afina Beynəlxalq Texniki Universitetinin inşaat mühəndisliyi fakültəsinin məzunudur.

ANN.Az

 

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM