“Yunona və Avos” rok-operası Bakı səhnəsində

22:00 | 26.03.2014
“Yunona və Avos” rok-operası Bakı səhnəsində

“Yunona və Avos” rok-operası Bakı səhnəsində

Aleksey Rıbnikovun teatrı mayın 31-də Heydər Əliyev Sarayında “Yunona və Avos” rok-operasını təqdim edəcəkdir.AzərTAc xəbər verir ki, bu rok-opera Rusiya Federasiyasının Xalq Artisti, Dövlət Mükafatı laureatı, bəstəkar Aleksey Rıbnikovun rəhbərlik etdiyi teatrın müəllif versiyasıdır. Əsərin müəllifləri görkəmli rus bəstəkarı Aleksey Rıbnikov və şair Andrey Voznesenskidir.“Yunona və Avos” rok-operası dünya musiqili teatr tarixində ən böyük nailiyyətlərdən hesab olunur. Rus xalq folkloru, dini musiqi, kütləvi “şəhər musiqisinin” janrları, modern musiqi nümunələri ilə bəstəkarın ideya-estetik prioritetlərinin vəhdətindən yaranan rok- operanın yeni versiyasında əsas amil Aleksey Rıbnikovun musiqisidir.Səhnə əsərinin quruluşçu rejissoru Rusiyanın ən yaxşı musiqili teatr rejissorlarından biri olan Aleksandr Rıxlovdur.“Yunona və Avos” rok-operası artıq Rusiyada, Ukraynada, Qazaxıstanda, Fransada, İsraildə və digər ölkələrdə uğurla nümayiş olunmuşdur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM