Zaxarovadan növbəti Qarabağ AÇIQLAMASI

18:49 | 03.02.2017
Zaxarovadan növbəti Qarabağ AÇIQLAMASI

Zaxarovadan növbəti Qarabağ AÇIQLAMASI

"Dağlıq Qarabağ münaqişəsi ilk növbədə Azərbaycan və Ermənistanın təhlükəsizliyi, stabilliyi və gələcək inkişafına təhdididir".
 
APA-nın məlumatına görə, bu sözləri Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın yeni dövlət katibi Teks Tillersonun bu vəzifəyə seçilməsi üçün keçirilən dinləmələr zamanı Dağlıq Qarabağ münaqişəsinin ABŞ-ın da milli təhlükəsizlik maraqlarına təhdid olması ilə bağlı çıxışına münasibət bildirərkən deyib. O, ABŞ-ın mövqeyini şərh etmədiyini və bu ölkənin təhlükəsizliyinə olan təhdidləri özünün müəyyənləşdirdiyini bildirib.
 
Mariya Zaxarova bloqger Aleksandr Lapşinin Belarus tərəfindən Azərbaycana təhvil veriləcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib: "Rusiya vətəndaşının 3-cü ölkəyə verilməsi qəbuledilməzdir. Biz bu məsələ ilə bağlı Belarus XİN və müvafiq orqanlarla əlaqə saxlayırıq”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb