Özəl pensiya fondları ilə bağlı sənədlər tam hazırdır - Rəsmi

14:14 | 10.01.2024
Özəl pensiya fondları ilə bağlı sənədlər tam hazırdır - Rəsmi

Özəl pensiya fondları ilə bağlı sənədlər tam hazırdır - Rəsmi

Özəl pensiya fondu ilə bağlı normativ sənədlər tam olaraq hazırlanıb. Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin yekunlarına dair keçirdi mətubat konfrasında bildirib. 
 
O vurğulayıb ki, bununla bağlı olan sənədlər qarşıdakı bir ay müddətində aiddiyatı dövlət qurumlarına göndəriləcək. 
 
Bundan əvvəl Milli Məclisin bir neçə deputatı təkliflərlə çıxış edərək bildirib ki, Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına ehtiyac var. 
 
Fərdi Pensiya Sistemi nədir?
 
Fərdi Pensiya Sistemində əmanətlər 30% dövlət subsidiyasına görə dəyəri artarkən qarşılıqlı fondlara yatırılır.  Müntəzəm ödənişlərlə dəyərini itirməyən əmanətlər uzunmüddətli dövrdə inflyasiya səviyyəsindən yüksək gəlir gətirir.  Bundan əlavə, Fərdi Pensiya Sistemində iştirak standartlar və gözləntilərə uyğun formalaşdırıla bilər.
 
WTW-nin (Wilis Towers Watson,  - red) Thinking Ahead İnstitutunun hesabatına görə, dünyanın 300 ən böyük pensiya fondunun idarə olunan aktivləri 2021-ci ildə 8,9% artaraq rekord həddə - 23,6 trilyon dollara çatıb. 
 
Gülnar Nazimqızı 
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM