Zəlzələdə əri və 3 övladını itirən ananın fəryadı - VİDEO

22:15 | 23.02.2020
Zəlzələdə əri və 3 övladını itirən ananın fəryadı - VİDEO

Zəlzələdə əri və 3 övladını itirən ananın fəryadı - VİDEO

İranın Türkiyə ilə sərhədində baş vermiş zəlzələ nəticəsində Türkiyənin Van əyalətində ölənlərin sayı artıb.

Anews.az Modern.az-a istinadən xəbər verir ki, Vandaki zəlzələdə ölənlərdən 4-ü bir ailənin üzvüdür. Belə ki ata və üç övladı dağıntılar altında qalaraq həyatını itirib. Zəlzələdən yalnız ana canını qurtara bilib.

Qadının sözlərinə görə, zəlzələ o həyətdə paltar asarkən baş verib. Həmin vaxt yuxuda olan həyat yoldaşı və üç övladı isə uçan evin altında qalıb.

Qeyd edək ki, bu gün səhər İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində yerli vaxtla saat 09:22-də 5,7 bal gücündə zəlzələ baş verib.
 

 


WhatsA

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM