Zəngəzur dəhlizi daxilində dəmir yolununun tikintisinin bitəcəyi tarix açıqlandı

18:00 | 04.05.2022
Zəngəzur dəhlizi daxilində dəmir yolununun tikintisinin bitəcəyi tarix  açıqlandı

Zəngəzur dəhlizi daxilində dəmir yolununun tikintisinin bitəcəyi tarix açıqlandı

Zəngəzur dəhlizi daxilində dəmir yolunun Azərbaycan hissəsinin tikintisi 2023-cü ildə başa çatacaq. Bunu Azərbaycan Prezident İlham Əliyev bildirib.

"Zəngəzur dəhlizi artıq reallıqdır. Artıq Horadizdən Erməənistanla sərhəddə olan Ağbəndə ( dəmir yolunun tikintisi gedir və əminəm ki, gələn il tam istifadəyə veriləcək. Bu həm vətəndaşlar, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli infrastruktur olacaq”, - deyə  Əliyev bildirib.

Prezident həmçinin qeyd edib ki, Zəngəzur dəhlizi çərçivəsində Horadizdən Zəngilanadək dörd və altı zolaqlı avtomobil yolunun tikintisi sürətlə aparılır.

Əliyevin sözlərinə görə, yeni yol tamamilə yeni və daha rahat marşrut üzrə salınacaq. Yol boyu yol infrastrukturu məsafə baxımından daha rahat olacaq, beynəlxalq yükdaşıma məsələləri öz həllini tapacaq. Bu yolun mərhələli şəkildə istifadəyə verilməsinə 2023-cü ildə başlanacaq.

Prezident vurğulayıb ki,  Zəngəzur dəhlizi çərçivəsində Zəngilan rayonundan keçən dəmir və avtomobil yolları gələcəkdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, həm də beynəlxalq yükdaşımalar üçün yeni yola çevriləcək.

Bundan əlavə, hazırda Zəngilandan Qubadlıya, eləcə də Qubadlıdan Laçına qədər çoxzolaqlı yol çəkilir ki, bu da Şərqi Zəngəzur iqtisadi rayonunun rayonları arasında əlaqəni təmin edəcək.

Prezidentin sözlərinə görə,  Zəngilanda Beynəlxalq Hava Limanı da bu il istifadəyə veriləcək.

"Əminəm ki, bu hava limanının böyük funksiyaları olacaq. Çünki biz gələcəkdə Zəngilanı beynəlxalq nəqliyyat və logistika mərkəzi kimi görürük. Regionun yerləşməsi, beynəlxalq bazarlara yaxınlığı və digər amillər bunu təmin edəcək. Hava limanı  bizim iqtisadi, nəqliyyat və təhlükəsizlik məsələlərimizi həll etmək üçün mühüm alət olacaq”, - Əliyev vurğulayıb.

Prezident qeyd edib ki, Xəzər dənizinin şərq hissəsindən  Azərbaycan ərazisi ilə  mal göndərmək istəyənlərin sayı artır. 

"Zəngəzur dəhlizi bizə və qonşu ölkələrə əlavə imkanlar yaradacaq. 10-15 ildir ki, nəqliyyat sektoruna böyük əhəmiyyət veririk. Ona görə də bu gün biz istənilən yükü qəbul edib onun tranzitini həyata keçirə bilərik. Biz bunu edirik və imkanlarımız genişlənəcək”, - Əliyev vurğulayıb.

N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb