Zeynəb Xanlarova: Camaatı aldatmayın

11:22 | 12.05.2014
Zeynəb Xanlarova: Camaatı aldatmayın

Zeynəb Xanlarova: Camaatı aldatmayın

Millət vəkili Zeynəb Xanlarova maraqlı açıqlamalar verib.ANN.Az Anspress-ə istinadla xəbər verir ki, İctimai Televiziyanın “Telemizan” verilişinin ilk qonağı olan xalq artisti Zeynəb Xanlarova daha çox hansı televiziya kanallarında oxuduğu və toya gedən müğənnilər haqda danışıb.Xalq artisti efirdə görünməməyinin səbəbini belə açıqlayıb və tez-tez ekranda görünərək qiymətdən düşməkdən qorxduğunu deyib:“Neçə illərin sənətkarıyam. Mən heç evimin eyvanına çıxıb hava da almıram. Bu, ancaq xarici səfərlərdə mümkün olur. İnsanların gözünə çox girmək istəmirəm. Bütün kanallara hörmətim var, amma dəvətlərini qəbul etmirəm. Hər yerdən dəvət edirlər, oxumağımı istəyirlər. Mən yalnız AzTV-də və İctimai Televiziyada çıxış edirəm. Düşünürəm ki, “burda oxuyum, orda çıxış edim” düz deyil. Hörmətdən, qiymətdən düşməkdən qorxuram”.Sənət aləminin bugünkü vəziyyətindən danışan Zeynəb Xanlarova ifaçılara məsləhətlər də verib:“Toya gedən müğənni olmamışam. Bu gün toya gedənləri də tənqid etmirəm. Mən konsertlərdən qazanırdım. Bugünkü müğənnilər toylardan qazanırlar, konsertlərdən pul götürə bilmirlər. Amma toya gedəndə də xalqı unutmayın. Camaatı aldatmayın... Mən bu sənətin adamıyam, bu aləmdən danışmaq istəyirəm. Sənət adamlarına sənətkar demək istəyirəm. Qoy toy oxuyanda da xalqı yaddan çıxarmasınlar. Nəyiniz var, verin xalqa, bəhrəsini görəcəksiniz”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb