• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Media və Yayım Şurası yaradılır

Azərbaycanda Media və Yayım Şurası yaradılır
16.06.2026 13:30

Azərbaycanda Audiovizual Şuranın adı dəyişdirilərək Media və Yayım Şurası adlandırılacaq və qurumun media sahəsində səlahiyyətləri genişləndiriləcək. Bu, “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, yeni qurum media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq. Şura Media Reyestrini aparacaq, media subyektlərinə reyestr şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi verəcək.

Sənədə görə, media subyektləri hər il dekabrın 30-dək təsisçiləri, iştirakçıları və idarəetmə orqanlarının rəhbərləri barədə məlumatları Şuraya təqdim etməli olacaqlar.

Şuranın səlahiyyətlərinə media savadlılığının artırılması, media subyektlərinin iqtisadi dayanıqlığının gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması məqsədilə təlim və müsabiqələrin təşkili, eləcə də media sahəsində araşdırmaların aparılması daxil edilir.

Bundan başqa, qurum dezinformasiyaya qarşı mübarizə, sosial şəbəkələrdə rəqəmsal məzmunun təhlili və audiovizual məhsullar üzrə dövlət sifarişçisi kimi fəaliyyət göstərmək səlahiyyəti əldə edəcək.

Gülnar Nazimqızı

Similar news
Similar news
Parliament condemns European Parliament resolution
Political News 12:30
Parliament condemns European Parliament resolution
TRIPP project discussed in Goris
Political News 17:30
TRIPP project discussed in Goris
Aliyev highlights expanding Turkmenistan ties
Political News 16:00
Aliyev highlights expanding Turkmenistan ties
328 missing Karabakh victims identified
Political News 15:01
328 missing Karabakh victims identified
Pashinyan plans contacts with Aliyev
Political News 13:00
Pashinyan plans contacts with Aliyev
Ilham Aliyev arrives in Turkmenistan
Political News 12:30
Ilham Aliyev arrives in Turkmenistan
Sanremo Institute: IHL training binding in peacetime
Political News 14:00
Sanremo Institute: IHL training binding in peacetime
Number of missing persons rising globally — ICMP
Political News 13:30
Number of missing persons rising globally — ICMP
DNA profiles of 50 missing Armenians do not match remains found in Azerbaijan
Political News 12:30
DNA profiles of 50 missing Armenians do not match remains found in Azerbaijan
Anews TV

Our official Youtube channel

Subscribe