Azərbaycanda daha 2 min eşşək "yoxa çıxdı" — Rayonlar üzrə SİYAHI

12:22 | 26.03.2019
Azərbaycanda daha 2 min eşşək

Azərbaycanda daha 2 min eşşək "yoxa çıxdı" — Rayonlar üzrə SİYAHI


Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 28 min 40 baş eşşək mövcud olub.
 
 
Demokrat.az-ın açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, ötən bir il ərzində eşşəklərin sayı 2 minə yaxın azalıb. 
 
 
Açıqlanan rəsmi məlumatlar göstərir ki, son illər ərzində Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Təkcə son 5 ildə ölkədəki eşşəklərin sayı 30% və ya 12 min baş azalıb. 
 
 
Azalma tempi bu cür davam edərsə yaxın 10 il ərzində ölkədə eşşəklərin kökü kəsilə bilər.
 
 
Məlumat üçün bildirək ki, son 10 ildə eşşəklərin sayı aşağıdakı kimi olub:
 
 
2008-ci il 47,2 min
 
2009-cu il 46,4 min
 
2010-cu il 46,0 min
 
2011-ci il 46,1 min
 
2012-ci il 45,9 min
 
2013-ci il 44,3 min
 
2014-cü il 43,4 min
 
2015-ci il 40,0 min
 
2016-cı il 35,8 min
 
2017-ci il 34,1 min
 
2018-ci il 30,9 min
 
 
2019-cu il 28,0 min
 
 
Onu da bildirək ki, son məlumatlara görə, ən çox eşşəyin olduğu rayon Tovuz rayonu olub - 2421 baş.
 
 
Ən az eşşəyin olduğu rayon isə Ucar olub - 1 baş.
 
 
Digər şəhər və rayonlarda isə eşşəklərin sayı belə olub. 
 
   
ŞƏHƏR VƏ RAYONLAR EŞŞƏKLƏRİN SAYI
 
 
Bakı şəhəri 8
 
Xızı rayonu 88
 
Abşeron rayonu 39
 
Sumqayıt                  -
 
Gəncə şəhəri -
 
Qazax rayonu 1872
 
Ağstafa rayonu 1798
 
Tovuz rayonu 2421
 
Şəmkir rayonu 1766
 
Gədəbəy rayonu 463
 
Daşkəsən rayonu 292
 
Samux rayonu 976
 
Göygöl rayonu 320
 
Goranboy rayonu 612
 
Naftalan şəhəri 4
 
Zaqatala rayonu 11
 
Qax rayonu 30
 
Şəki şəhəri 1002
 
Oğuz rayonu 219
 
Qəbələ rayonu 92
 
Astara rayonu 412
 
Lənkəran şəhəri 33
 
Lerik rayonu 1622
 
Yardımlı rayonu 1286
 
Masallı rayonu 19
 
Cəlilabad rayonu 787
 
Qusar rayonu 107
 
Xaçmaz rayonu 836
 
Quba rayonu 1134
 
Şabran rayonu 342
 
Siyəzən rayonu 237
 
Göyçay rayonu 6
 
Beyləqan rayonu 167
 
Ağcabədi rayonu 197
 
Bərdə rayonu 126
 
Neftçala rayonu 106
 
Biləsuvar rayonu -
 
Salyan rayonu 202
 
Yevlax şəhəri 82
 
Mingəçevir şəhəri -
 
Ağdaş rayonu 83
 
Ucar rayonu 1
 
Zərdab rayonu 44
 
Kürdəmir rayonu 84
 
İmişli rayonu 8
 
Saatlı rayonu 43
 
Sabirabad rayonu 1535
 
Hacıqabul rayonu 380
 
Şirvan şəhəri 5
 
Cəbrayıl rayonu 11
 
Füzuli rayonu 281
 
Ağdam rayonu 257
 
Tərtər rayonu 160
 
Xocavənd rayonu 5
   
Laçın rayonu 157
 
Qobustan rayonu 206
 
İsmayıllı rayonu 263
 
Ağsu rayonu 171
 
Şamaxı rayonu 350
 
Naxçıvan şəhəri 102
 
Şərur rayonu 812
 
Babək rayonu 493
 
Ordubad rayonu 509
 
Culfa rayonu 272
 
Kəngərli rayonu 417
 
Şahbuz rayonu 1608
 
Sədərək rayonu 69 (Yeniavaz.com)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb