İcraçı direktor devalvasiyadan danışdı

İqtisadiyyat 17-04-2018 11:02
İcraçı direktor devalvasiyadan danışdı
"Azərbaycan devalvasiya gözlənirmir".
 
"APA-Economics"in məlumatına görə, bunu bu gün Bakıda "Kredit Məlumatları Təchizatçılarının Regional Assosiasiyası"nın təsis edilməsinə həsr edilməsinə konfransda Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş İcraçı Direktoru İbrahim Alışov deyib.
 
"Son bir həftə ərzində Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə, Türkiyə, Rusiya kimi ölkələrdə valyuta qiymətlərinin milli valyutaya nisbətdə volatilliyi Azərbaycanda da psixoloji gərginlik yaratmaqda idi. Bizim müşahidələr və apardığımız təhlillər onu göstərir ki, bankların heç birində nağd valyuta tələbnatlarını qarşılamamaq imkanları yoxdur. Mərkəzi Bank yetərincə banklara, bank filiallarına yetərincə nağd valyuta satışını həyata keçirib. Bu sadəcə psixoloji amildir. Bu onu deməyə  əsas verir ki, Azərbaycanda devalvasiya gözlənilmir", - deyə İ.Alışov vurğulayıb.

www.anews.az