Müğənnilərimizin Yıldız Tilbe konsertindəki rəzaləti: Böyük adamsınız? – VİDEO

10:31 | 14.10.2018
Müğənnilərimizin Yıldız Tilbe konsertindəki rəzaləti: Böyük adamsınız? – VİDEO

Müğənnilərimizin Yıldız Tilbe konsertindəki rəzaləti: Böyük adamsınız? – VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün türkiyəli müğənni Yıldız Tilbeninin Bakı Konqres Mərkəzində konserti baş tutub.
Oxu.Az xəbər verir ki, konsertə təşrif buyuranların arasında yerli məşhurlar da olub. Ancaq onlar öz hərəkətləri ilə digər tamaşaçılardan seçiliblər.
Belə ki, ilk olaraq konsertə gələn müğənni Niyam Salami və Kərim Abasov əlində gül buketi ilə səhnənin önünə tərəf yaxınlaşıblar. Onlar səhnəyə çıxıb Yıldız Tilbeyə gül vermək istəsə də, ifaçıların istəyi baş tutmayıb.
Müğənninin komandası bildirib ki, səhnəyə heç kim çıxa bilməz və Tilbe səhnədə oxuyarkən narahat edilməsi düzgün deyil. Bu zaman Niyam Salami səhnənin qarşısına keçib gül vermək istədiyini bildirib. Mühafizəçilər onun bu istəyinin qarşısını alıb.
Yıldız Tilbe ifasını bitirdikdən sonra Niyam Salami və Kərim Abasov səhnənin önünə yaxınlaşıb müğənniyə gül uzadıblar. Həmin an "Biz şarkıcıyız” deyən Niyama Tilbeninin cavabı gözlənilməz olub. Belə ki, Tilbe Niyama "Böyük adamsınız?”, - deyə cavab verib

Tilbeninin cavabı Niyam və Kərimi qane etməyib. Onlar məkanı tərk ediblər.
Daha sonra isə meneceri Yıldızdan xahiş edib ki, müğənni Zenfira İbrahimovanı səhnəyə dəvət etsin. Yıldız menecerinin istəyini yerinə yetirib.
Zenfira səhnəyə çıxaraq əvvəlcə Yıldız Tilbeni tərifləyib, sonra mahnı ifa edəcəyini deyib. Tilbe isə əvvəlcə Zenfira ilə duet oxumaq istəsə də, sonra onun səsini eşidən kimi istəyindən vazkeçib və kənarda oturub.

Zenfira bir mahnı ifa etdikdən sonra narazı ifadə ilə səhnədə qalan Yıldıza ikinci mahnını duet oxumaq istədiyini deyib, lakin müğənni Zenfiraya reaksiya verməyib. Sonda Zenfiraya alqış istəyən Yıldız konsertinə davam edib.

Qeyd edək ki, Zenfiranın səhnədə çıxışı tamaşaçılarda qıcıq yaradıb. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb