Polis “Sədərək”də reyd keçirdi

14:54 | 19.12.2018
Polis “Sədərək”də reyd keçirdi

Polis “Sədərək”də reyd keçirdi

Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 18-də keçirdikləri növbəti reydlər zamanı "Sədərək” ticarət mərkəzindəki mağazalardan 12 000 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb