SOCAR fəhlələrinin zarafatı qətllə nəticələndi

16:15 | 20.06.2018
SOCAR fəhlələrinin zarafatı qətllə nəticələndi

SOCAR fəhlələrinin zarafatı qətllə nəticələndi

Bakıda iş yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Anar Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, ötən il dekabrın 12-də Neft Daşlarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsində fəhlələr Anar Əsgərov və Azər Xalıqov arasında mübahisə yaranıb.

Nəticədə Anar Əsgərov Azər Xalıqovu bıçaqlayaraq öldürüb. Cinayəti törədən Anar Əsgərov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, Azər Xalıqov Anar Əsgərovun yatdığı yerdə şəkillərini çəkib və həmin şəkilləri tanışlarına göndəririb.

Anar Əsgərov iş yoldaşının bu şit zarafatından qəzəblənib və bir də belə zarafat etməməsini tələb edib.

Lakin Azər Xaliqov zarafatları davam etdirib. Bundan əsəbləşən Anar Əsgərov Azər Xaliqovu bıçaqlayaraq öldürüb.

İstintaq orqanı tərəfindən Anar Əsgərovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Növbəti proses iyulun 4-də davam edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb