Sürücülərə xoş xəbər gəldi: Artıq sizi.... - VİDEO

09:11 | 13.10.2018
Sürücülərə xoş xəbər gəldi: Artıq sizi....  - VİDEO

Sürücülərə xoş xəbər gəldi: Artıq sizi.... - VİDEO



Əlifbamızda olan bəzi hərflərin latın qrafikasında olmaması xarici ölkələrdə avtomobil sürmək istəyən vətəndaşlarımıza bəzi hallarda problem yaradırdı. Sürücülərin belə hallarla qarşılaşmamaları üçün yeni sürücülük vəsiqələrinin verilməsinə başlanılıb. 9 dildə olan və bütün ölkələrdə tanınan beynəlxalq sürücülük vəsiqəsini azərbaycanda milli sürücülük vəsiqəsi olan hər kəs əldə edə bilər.


Azərbaycanda beynəlxalq sürücülük vəsiqələrinin verilməsinə başlanılıb.


Milli vəsiqəyə malik alan hər bir vətəndaş beynəlxalq sürücülük vəsiqəsi əldə etməklə istənilən dövlətin ərazisində rahatlıqla avtomobil icarəyə götürə və idarə edə bilər. Yeni sürücülük vəsiqəsi 9 dildə təqdim olunur. Sürücülük vəsiqəsini yeni alanlar da elə həmin gün beynəlxalq sürücülük vəsiqələrini əldə edə bilərlər.


Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, yeni sürücülk vəsiqəsində olan dəyişikliklər həm Vyana Konvensiyanın 7-ci Əlavəsi ilə tövsiyə olunur, həm də bəzi ölkələrdə vətəndaşlarımızın üzləşdikləri problemi həll edir. Lakin həmin vəsiqə ilə yanaşı, milli sürücülük vəsiqəsi də mütləq təqdim olunmalıdır.


Kamran Əliyev onu da qeyd etdi ki, sürücülərin özü bu vəsiqəni əldə etməyə maraq göstərir. Xüsusilə də xaricə avtomobillə səyahət edənlər, xaricdən avtomobil gətirənlərvə orda avtomobil icarəyə götürənlər yeni vəsiqələr əldə etmək üçün müraciət edirlər.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb