20 yanvar hadiəsi ilə bağlı Kanadada anım mərasimi keçirilib

21:42 | 20.01.2015
20 yanvar hadiəsi ilə bağlı Kanadada anım mərasimi keçirilib

20 yanvar hadiəsi ilə bağlı Kanadada anım mərasimi keçirilib

2015-ci il yanvarın 20-də Azərbaycan Respublikasının Kanadadakı səfirliyində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdə Kanadada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili Ramil Hüseynli 20 Yanvar faciəsi haqqında məlumat verib və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışıb.

O, vurğulayıb ki, 20 yanvar faciəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bu tarix ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb.

Azərbaycan diasporunun üzvləri də 20 yanvar faciəsi barədə fikirlərini bölüşüb  və Azərbaycanın müstəqilliyi və suverenliyini ən böyük nailiyyət kimi xarakterizə ediblər.

Çıxışlardan sonra  20 yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı 20 yanvar qanlı hadisələri barəsində sənədli film və fotolar da nümayiş etdirilib.


ANN.Az
 
 












0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb