"AzeriLight" bahalaşdı

09:37 | 31.03.2016

"AzeriLight" bahalaşdı

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,15 dollar yaxud 2,86% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 41,41 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM