Dollar bahalaşmaqda davam edir

09:38 | 04.07.2016
Dollar bahalaşmaqda davam edir

Dollar bahalaşmaqda davam edir

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyul ayının 1-i ilə müqayisədə sabit qalaraq 1,5425 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,33% möhkəmlənərək 1,7176 manat olub.
 
Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,41% artaraq 0,0242 manat olub.
 
Türkiyə lirəsi manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,52% zəifləyərək 0,5324 manata çatıb.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0489 manatdır. Beləliklə, funt sterlinq manata qarşı 0,37%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 0,6620 manat təşkil edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM