Dollar sabit qaldı, avro isə bahalaşdı

09:40 | 16.05.2017
Dollar sabit qaldı, avro isə bahalaşdı

Dollar sabit qaldı, avro isə bahalaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 16-a olan məzənnəsini açıqlayıb.

AMB-dən anews.az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 15-i ilə müqayisədə dəyişməyərək 1,7025 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8609 manatdan 1,8715 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0300 manatdan 0,0302 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4772 manatdan 0,4801 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,1979 manatdan 2,1982 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6972 manatdan 0,6999 manatadək artıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb