Xalq artisti əməliyyat olundu

12:10 | 30.06.2017
Xalq artisti əməliyyat olundu

Xalq artisti əməliyyat olundu

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov Türkiyədə əməliyyat olunub.

Anews.az xəbər verir ki, Rafiq Hüseynov APA-ya bildirib ki, növbəti əməliyyat bağırsağında aparılıb: "Özümü son vaxtlar pis hiss edirdim. Bakıda bir müddət xəstəxanada yatdım. Bu onkoloji problemlə bağlı deyildi. Məsləhət oldu ki, növbəti dəfə Türkiyədə müayinədən keçim. Burada həkimlər əməliyyatı vacib hesab etdilər".
 
R.Hüseynov əlavə edib ki, hazırda səhhəti normal qiymətləndirilir: "Hələlik xəstəxanadayam. Əməliyyatdan yeni çıxmışam. Həkimlər yenə müayinə edəcəklər, hər şey yaxşı olsa və icazə versələr, bazar günü Bakıya qayıdacağam".
 
Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, Türkiyədə əməliyyat olunub. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb