Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artdı

14:16 | 29.11.2020
Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artdı

Gürcüstanda ötən sutkada koronavirusa 4 426 yeni yoluxma faktı qeydə alınıb, 3 721 nəfər müalicə olunaraq sağalıb, 35 pasiyent isə vəfat edib.

Anews.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 132 368-ə çatıb. Onların 110 049-u sağalıb, 1 230-u isə ölüb.

Hazırda karantin rejimində 2 033, stasionar nəzarətdə 6 373 nəfər saxlanılır. 3 945 nəfər isə xüsusi otellərdə müalicə olunur

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb