3 aya Qarabağda müharibə başlayır- EKSPERT

15:00 | 23.06.2017
3 aya Qarabağda müharibə başlayır- EKSPERT

3 aya Qarabağda müharibə başlayır- EKSPERT

Putinin səlahiyyətli nümayəndəsi hərbi əməliyyatların başlayacağı vaxtı açıqladı

"Dünyanın aparıcı dövlətlərinin nümayəndələri Dağlıq Qarabağda separatçı ermənilərlə görüş keçirməsi erməniləri ruhlandırır. Ona görə də düşmən cəbhədə silahları işə salmağa başlayıb.”

Bunu İstiPress-ə müsahibəsində politoloq Fikrət Sadıxov ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfəri fonunda cəbhədə gərginliyin artmasına rəy bildirərkən deyib.

Minsk Qrupunun həmsədrləri regiona son səfərlərində Ermənistana, Azərbaycanın İşğal altında olan torpaqlarına və Bakıya gəldilər. Amma bu səfər də nəticəsiz qaldı.

Bütün bunların fonunda Dağlıq Qarabağ münaqişəsi zonasında fəal silahlanma prosesi gedir, Azərbaycan və Ermənistan mütəmadi olaraq genişmiqyaslı hərbi təlimlər keçirir.

Sergey Markov: "Payızda çox böyük ehtimalla fəal hərbi əməliyyatlar başlayacaq”

Politoloq Fikrət Sadıxov hesab edir ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində sürətlə militarizasiya prosesinin getməsi son illərdə aparılan sülh danışıqlarında heç bir əhəmiyyətli irəliləyişin əldə olunmaması ilə bağlıdır.

"Dünyanın aparıcı dövlətləri qeyri-ciddi mövqe nümayiş etdirirlər. ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağa gedib separatçılarla elə görüşürlər ki, sanki Azərbaycan Ermənistanın torpaqlarını işğal edib. Təbii ki, bu cür yanaşmanı görən Ermənistan azğınlaşır və cəbhədə atəşkəsi pozur, diversiya edirlər. Azərbaycan Ordusu isə düşmənin cavabını layiqli şəkildə verir”, – deyə Fikrət Sadıxov bildirdi.

Politoloqun sözlərinə görə, əgər Ermənistan qoşunların təmas xəttində gərginliyi daha da artırmağa davam edəcəksə, aprel döyüşləri yenidən təkrarlanacaq, amma bu dəfə miqyası daha da böyük olacaq.

Dağlıq Qarabağ münaqişə zonası
Putinin səlahyyətli nümayəndəsi, siyasi araşdırmalar institutunun direktoru Sergey Markov da hesab edir ki, Azərbaycan və Ermənistan çox gözəl başa düşür ki, Qarabağ uğrunda Aprel döyüşlərinə bənzər yeni hərbi toqquşma hər an baş verə bilər.

Onun sözlərinə görə, son vaxtlar mütəmadi keçirilən hərbi təlimlər məhz bununla bağlıdır.

"Tərəflər arasında "Kazan formulu” əsasında ciddi razılıqlar əldə olunsa da, bir il əvvəl danışıqlar dayandırıldı. Bu, Dağlıq Qarabağ münaqişə zonasında hərbi əməliyyatların bərpası üçün real təhlükə yaradıb. Hər iki tərəf buna hazırlaşır. Amma hesab edirəm ki, yay aylarında Qarabağda müharibənin başlaması o qədər real görünmür. Çünki hər iki tərəfin yüksək turizm potensialı var. Azərbaycan ərəb ölkələri və İrandan gələnlər üçün vizanı ləğv edib. Bununla bərabər, Bakıda "Formula-1” yarışları başlayır. Bu şərtlərdə çətin söyləmək olur ki, Azərbaycan yayda hərbi əməliyyatların başlamasında maraqlıdır. Payızda isə çox böyük ehtimalla fəal hərbi əməliyyatlar başlayacaq”, – deyə Putinin səlahiyyətli nümayəndəsi bildirib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb