62 gün xəstəxanada qalıb koronavirusa qalib gəldi, amma...

09:04 | 15.06.2020
62 gün xəstəxanada qalıb koronavirusa qalib gəldi, amma...

62 gün xəstəxanada qalıb koronavirusa qalib gəldi, amma...



ABŞ-da ən uzun müddət xəstəxanada qalaraq, koronavirusa qalib gəlməyə nail olan 70 yaşlı Maykl Flor qiymət qəbzini görəndə şoka düşüb.
Bununla bağlı "HaberGlobal” məlumat yayıb.

Bildirilib ki, 181 səhifəlik qəbzdə M.Flora 1 milyon 122 min 501 dollar 4 sent borc gəlib.

Hadisə ABŞ-ın Sietl şəhərində baş verib.

Beynəlxalq mətbuatda "ən uzun müddət xəstəxanada qalan və COVID-19-a qalib gələn insan” olaraq təqdim edilən M.Flora gələn borc ABŞ-da səhiyyə məsələlərinin o qədər də ürəkaçan olmadığını ortaya qoyub.

"Evdə dincəlmə mərhələsindəyəm. Amma xəstəxana qəbzini görəndə sanki ürəyim dayanacaqdı”, - M.Flor yerli mediaya açıqlamasında deyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM