ABŞ dövlət katibi Ukraynaya səfər edəcək

13:29 | 07.07.2016
ABŞ dövlət katibi Ukraynaya səfər edəcək

ABŞ dövlət katibi Ukraynaya səfər edəcək

Bu gün ABŞ dövlət katibi Con Kerri Ukraynaya səfər edəcək.

 

APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.

 

"Dövlət katibi Ukrayna rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatların gedişini və Donbasda münaqişənin nizamlanması üzrə Minsk razılaşmalarının icra edilməsi məsələsini müzakirə edəcək”, deyə C.Kirbi bildirib.

 

Səfər çərçivəsində C.Kerri Ukrayna prezidenti Pyotr Poroşenko və baş nazir Vladimir Qroysman ilə görüşəcək. Bundan sonra ABŞ dövlət katibi prezident Barak Obamanı müşayiət etmək üçün iyulun 8-9-da Varşavada keçiriləcək NATO sammitinə yollanacaq.  


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb