"Abşeron" yatağından ilk qaz bu ilin iyulunda çıxarılacaq

14:27 | 01.06.2023

"Abşeron" yatağından ilk qaz bu ilin iyulunda çıxarılacaq

Xəzər dənizinin Azərbaycan sektorundakı Abşeron yatağından ilk qazın hasilatına bir neçə həftədən sonra başlanacaq. Bunu "TotalEnergies" şirkətinin Avropa üzrə vitse-prezidenti Jan-Lyuk Giziou bildirib.

"Azərbaycan Avropaya etibarlı enerji resursları tədarükçüsüdür. Biz TotalEnergies olaraq bununla fəxr edirik və bu işə öz töhfəmizi veririk. Bir neçə həftədən sonra "Abşeron” yatağından ilk qazın hasilatına başlanılacaq ki, bu da SOCAR ilə əməkdaşlığımız baxımından böyük əhəmiyyət kəsb edir”, - Gizyu cümə axşamı Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

"Abşeron” yatağının işlənməsi SOCAR Abşeron (50%) və TOTAL E&P Absheron (50%) tərəfindən yaradılmış Birgə Abşeron Petroleum Əməliyyat Şirkəti (JOCAP) tərəfindən həyata keçirilir. Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kvadrat kilomtrdir.
yind' 
 
Abşeron bloku Bakıdan 100 km aralı, suyun  500 metr dərinliyində yerləşir. 2019-cu ildə SOCAR və TOTAL şirkəti "Abşeron” yatağında dərinliyi 7411 metr olan "ABD-001” istismar-qiymətləndirmə quyusunda qazma işlərini başa çatdırıb. Yatağın ehtiyatları 350-360 milyard kubmetr qaz və 100 milyon ton kondensat təşkil edir və onun işlənməsi mərhələli şəkildə həyata keçiriləcək.

Birinci mərhələdə hasilatın həcmi ildə 1,5 milyard kubmetr təşkil edəcək. Layihə ən yüksək həddə ildə təxminən 5 milyard kubmetr qaz hasil edə bilər. Yataq həmçinin gündəlik təxminən 10 000 barel kondensat hasil edəcək.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb