ADY ilə tranzit yük daşımalar artıb

16:51 | 09.04.2024
ADY ilə tranzit yük daşımalar artıb

ADY ilə tranzit yük daşımalar artıb

2024-cü ilin I rübündə "Azərbaycan Dəmir Yolları” QSC (ADY) 1,8 milyon tondan çox tranzit yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur. Bu barədə ADY səhmdar cəmiyyəti məlumat verib.

Məlumata görə, son 1 ildə ADY-nin ölkə daxilində yükdaşımaları  0,8 milyon tonu  keçib ki, bu da 6 % artım deməkdir.

Yanvar-martda dəmir yolu müəssisəsi ilə ümumilikdə 4,4 milyon tondan çox yük daşınıb.

2022-ci ilin yekunları üzrə ADY ilə 18,7 milyon ton yük, 2023-cü ilin yanvar-martında ADY tərəfindən 4,4 milyon ton yük daşınıb.

"Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2024-cü ilin birinci rübündə Şərq-Qərb dəhlizi ilə 698,178 min ton yük daşıyıb ki, bu da 2023-cü ilin yanvar-martı ilə müqayisədə 10% çoxdur.

2023-cü ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin daşıdığı ixrac yükləri 2022-ci illə müqayisədə 10,8 % çox olub.
 
Aygün

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb