"Air Asia" təyyarəsinin qara qutusu tapıldı

11:39 | 12.01.2015

"Air Asia" təyyarəsinin qara qutusu tapıldı

Dalğıclar bu yaxınlarda qəzaya uğramış və okeana düşmüş "AirAsia" təyyarəsinin qara qutusunu tapıblar.

ANN.Az xəbər verir ki, bu barədə İndoneziya hökuməti məlumat yayıb. Təhlükəsizlik üzrə Milli Komitənin yaydığı xəbərə görə, qara qutunun yeri müəyyən edilsə də, hələ çıxarılmayıb. Onun bu gün okean sularından çıxarılacağı gözlənilir.

Xatırladaq ki, Sinqapur istiqamətində uçan Airbus A320-200 təyyarəsi dekabrın 28-də Yava dənizi akvatoriyasında yoxa çıxıb. Təyyarədə 155 sərnişin və 7 nəfər ekipaj üzvü olub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM