Amerikalı həmsədr: “Prezidentlər ilin sonuna qədər görüşə bilərlər”

12:30 | 26.10.2015
Amerikalı həmsədr: “Prezidentlər ilin sonuna qədər görüşə bilərlər”

Amerikalı həmsədr: “Prezidentlər ilin sonuna qədər görüşə bilərlər”

ATƏT-in Minsk qrupunun həmsədrləri ilin sonuna qədər İlham Əliyev-Serj Sərkisyan görüşünü təşkil etmək niyyətindədir. Modern.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu barədə onlar regiona növbəti səfər öncəsi deyiblər.

"Mən bildiyimə görə Ermənistanda referendum keçiriləcək. Ona görə prezidentlərin qrafikini də nəzərə alaraq, görüşlərin referendumdan sonra, amma bu ilin sonuna qədər təşkil etməyi planlaşdırırıq”, - amerikalı həmsədr Uorlik deyib.

Uorlik prezidentlərin görüşlərinə qədər daha aşağı səviyyələrdə, məsələn, xalq diplomatiyası yolu ilə də diplomatik danışıqları aktivləşdirməyin vacib olduğunu deyib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb