Arif Kərimov haqqında maraqlı əhvalat - VIDEO

09:00 | 11.06.2018
Arif Kərimov haqqında maraqlı əhvalat - VIDEO

Arif Kərimov haqqında maraqlı əhvalat - VIDEO

İctimaiyyətçi Kazım Səfiquliyev FLMMM-ın (Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti) lideri Arif Kərimov barəsində özəl təhqiqata başladı
 


 

Kazım Səfiquliyev FLMMM-ın lideri Arif Kərimovun keçmiş əməllərinin özəl təhqiqata başlayıb. Səfiquliyev hesab edir ki, Kərimov, 90-cı illərdən başlayaraq bu günə kimi baş verən bir sıra ağır cinayətlərdə günahkardır (www.institute-innovation.ru/index/society/interesnaya-istoriya-pro-arifa-kerimova.html).
 
17 il Dağıstan həbsxanasında məhkumluq yaşayan Kazım Səfiquliyev özünün günahsız olduğunu bildirir 
 
 
 
 
və təsdiq edir ki, məhkum olduğu cinayətin əsl günahkarı məhz Arif Kərimovdur. Səfiquliyev təfsilatı ilə haqqında danışdığı 1997-ci ildə cinayətin baş verdiyi gün o, Arif Kərimov və onun böyük oğlu Turan Kərimovun getdikləri və guya silah-sürsatla dolu olan avtomobili Kullar postunda milis nəfəri Eldar Ramazanov sənədləri yoxlamaq məqsədilə saxlayıb.
 
Ramazanov sənədləri yoxlayandan sonra avtomobildə nə olduğunu göstərməyə xahiş edib və yoxlamanı davam etdirməyə istədikdə, Səfiquliyevin təsdiq etdiyinə görə, bu anda Arif Kərimov silahını çıxarıb atəş açıb. Başlanan atışma nəticəsində milis nəfəri öldürülüb, Kazım Səfiquliyev isə yaralanıb. Eldar Ramazanovun yerliləri olan Dağıstanın Məhərrəmkənd rayonun sakinləri günahkarları cəzalandırmaq tələbiylə mitinq keçirdilər. Həmin atışmanın hər üç iştirakçısına cinayət işi açıldı, lakin yeganə məhkum olunan bu hadisədə heç bir günahı olmayan Kazım Səfiquliyev oldu. Səfiquliyevin sözlərinə görə, milis nəfərinə atəş açan məhz Arif Kərimov olub.
 
Səfiquliyevin sözlərinə görə Arif Kərimovun oğlu Turan öz atasına qarşı ifadə verib. O, guya təsdiqləyib ki, avtomobil Arif Kərimova məxsus olub və atəş açan da məhz Arif olub. Səfiquliyevin dediyinə görə, Arif Kərimov Ermənistan xüsusi xidmət orqanlarından aldığı pullar sayəsində özünü və oğlunu cinayət məsuliyyətindən xilas edə bildi, cinayətin günahını isə ona etibarlı və sadiq olan Kazım Səfiquliyevin üzərinə yıxdı.
 
Kazım Səfiquliyev həbsxanadakı illər ərzində Arif Kərimovun kim olduğu haqqında şəxsi qənaətə gətirəcək böyük həcmdə məlumat toplayıb (www.raykom.net/index.php?option=com_content&view=article&id=441:2018-06-04-04-26-21&catid=1:stats&Itemid=4).
 
Səfiquliyevin sözlərinə görə, Arif Kərimov 90-cı illərdən başlayaraq Ermənistan xüsusi xidmət orqanlarının cəsusu olub. Onlardan aldığı pullar hesabına o, Dağıstanda "Sadval” hərəkatını təşkil edərək, onun nəzdində, Səfiquliyevin təsdiqinə görə, son məqsəddən bixəbər olan insanlardan peşəkar terrorçu hazırlayan hərbi qanad yaratmışdır. Səfiquliyevin təsdiqinə görə, Kərimov, Ermənistan xüsusi xidmət orqanlarının göstərişinə uyğun olaraq Azərbaycana qarşı təxribatlar törədir, Dağıstan ərazisində isə biznesmenləri şantaj edir və onların öldürülməsini təşkil edirdi .
 
 
 Səfiquliyevin dediyinə görə, Arif Kərimovun günahı ucbatından, Kazım Səfiquliyev bada verdiyi kimi, guya eyni qaydada yüzlərlə insan məhkum edilib, praktik olaraq isə cinayətlərin bütün şahidlərini Kərimov məhv edib. Səfiquliyevin qeyd etdiyinə görə, Kərimov həbsxanada məhv edə bilmədiklərini, onlar azadlığa çıxandan sonra məhv edib (www.bespredel.org/tokaj-kerimov-syn-i-finansist-terrorista/).
 
Səfiquliyevin sözlərinə görə, "Sadval” hərəkatının liderləri olan Ruslan Маhəmmədrəhimovun və Nazim Haciyevin öldürülməsində Arif Kərimovun bilavasitə əli var .
 
 
 
 
 24 mart 2015-ci ildə, Kaspiysk şəhərində Lenin küçəsində Ruslan Маhəmmədrəhimovun meyiti tapılmışdı. Ölümün səbəbi kimi asfiksiya göstərilmişdi. Lakin ölənin qohumları meyitin boğaz nahiyəsində iynənin yeri olduğu haqqında və avtomobildən mərhumun çantası, mobil telefonu, sənədləri və videoregistratoru yoxa çıxması haqqında bəyan etmişdilər. Həmin istintaqın nəticələri haqqında heç nə məlum deyil.
 
21 mart 2016-cı ildə öz evində Maxaçqalada Əhmədxan Sultan küçəsində Nazim Haciyev öldürülmüşdür. Ölümün səbəbi döş qəfəsi və boğaz nahiyəsində olan çoxsaylı bıçaq yaraları idi.
 
Beləliklə, Kazım Səfiquliyevin əldə etdiyi məlumata görə, Arif Kərimov ona mane olan şəxsləri aradan götürmüşdü. Səfiquliyevin təsdiqinə görə, Həm Маhəmmədrəhimov, həm Haciyev Arif Kərimovla görüşüb ona öz iradlarını bildirmişdilər ki, o, "Sadval”ın bu qədər üzvlərini bada verdiyi halda öz yaxasını pulun hesabına kanara çəkə bilib və məhkum olanlardan heç kəsə kömək etməyib, bütün bunların müqabilində isə 2000-ci ildə guya insanların hüquqlarını müdafiə etmək məqsədilə FLMMM təşkilatını yaradıb və əslində demaqogiya ilə məşğul olaraq Ermənistanın xeyrinə olan təxribatların törədilməsini davam etdirib. (www.cocktail.az/allnews/news/12465 ).
 
Kazım Səfiquliyev 2017-ci ildə həbsdən azad olandan sonra guya Kərimovun hərəkətlərindən ziyan çəkən bir çox insanlarla, o cümlədən FLMMM Şurasının üzvləriylə və Arif Kərimovu şəxsən tanıyan biganə qalmayan insanlarla görüşüb (www.look.az/arif-k%C9%99rimovdan-t%C9%99xribat-tor%C9%99tm%C9%99sind%C9%99n-subh%C9%99l%C9%99ndil%C9%99r/?lang=az).
 
Bundan başqa, Səfiquliyev təsdiq edir ki, Kərimov bu günə qədər öz əməllərindən əl çəkməyib. Misal üçün, guya Arif Kərimov rusiyalı fizik Haciməd Səfərəliyevə və FLMMM Şurasının üzvü Məmməd Abasova Rusiya Dövlət Dumasına seçilməyə mane olub. Səfiquliyevin təsdiq etdiyinə görə, Rusiya Federasiyası Baş Prokurorun müavini Sabir Kexlerov Kərimovun təşkil etdiyi təqiblər nəticəsində Prokuraturadan getməyə məcbur olmuşdu. Guya AAK-ın (Ali Attestasiya Komissiyasının) sabiq sədri Feliks Şamxalovun ləkələnməsində və vəzifədən kanarlaşdırılmasında da Kərimovun bilavasitə əli var. 1990-cı illərdə milis nəfərinın öldürülməsinə görə Kərimovu və onun böyük oğlunu cinayət məsuliyyətindən xilas edən İmam Yaraliyev də Kərimovun ucbatından Dərbənd şəhərinin meri vəzifəsindən məhrum edildi.
 
Kazım Səfiquliyevin dediyinə görə, (www.az.urban.az/blog/arif-kerimov-haqqinda-maraqli-ehvalat-5595) o, məqsədli şəkildə Arif Kərimovun qohumlarının yanına getmişdi və Azərbaycanın Oğuz şəhərinin, Qarabulaq, Astraxanovka, Kirovka kəndlərinin sakinləriylə görüşmüşdü. Orada, ona, danışdığına görə, məlum olub ki, Bakı Dövlət Universitetində oxuyan Arif Kərimov yalnız atasının pulları sayəsində təhsil alıb, əməlli-başlı oxumayıb, və nəticədə diplomu pulla əldə edib və ya belə demək olarsa "hədiyə” kimi alıb. Kərimovun həmyerliləri və qohumları guya onu pozğun, tamahkar, bic, paxıl və cəmiyyət üçün təhlükəli şəxs kimi xarakterizə ediblər.
 
Səfiquliyev həm Rusiyanın, həm Azərbaycanın istintaq orqanlarını onun 17 il cəza çəkdiyi cinayət işinin yenidən baxılmasına müraciət edir. O, Kərimovla üzbəüz dindirilməsinə və bütün dediklərini və yazdıqlarını təkrarən səsləndirməyə, və həmçinin şahidləri cəlb etməyə və təsdiq edici sənədləri təqdim etməyə hazır olduğunu vurğulayıb.
 
Səfiquliyev "Sadval”ın sabiq liderləri Ruslan Маhəmmədrəhimova və Nazim Haciyevə qarşı edilən hərəkətlərin ona qasrşı edilməsindən qorxur.
 
Kazım Səfiquliyev həyatına təhlükə olduğundan narahatdır. Onun dediyinə görə, həbsxanada ona qarşı 20-dən çox sui-qəsd edilib, 2017-ci ildə azadlığa çıxandan və birbaşa Arif Kərimovla görüşüb keçmiş həmkarına bütün iradlarını bildirəndən sonra ona qarşı təqiblər başlayıb.
 
Bu yazıyla və öz video-müraciətləriylə Kazım Səfiquliyev özünü sığortalamağa çalışır və işdir, əgər onun başına bir iş gəlsə bunun günahının yalnız FLMMM-ın lideri Arif Kərimovun, və onun oğullarının Turan Kərimovun, Tokay Kərimovun və Tural Kərimovun üzərinə düşdüyünü qabaqcadan bildirir.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb