Asfalt üzərində rəsm müsabiqəsi - FOTO

20:42 | 18.03.2014
Asfalt üzərində rəsm müsabiqəsi - FOTO

Asfalt üzərində rəsm müsabiqəsi - FOTO

Martın 18-də Sumqayıtda şagirdlərin asfalt üzərində “Yurdumuza bahar gəlir” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.AzərTAc xəbər verir ki, şəhər icra hakimiyyətinin təşəbbüsü, təhsil şöbəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin abidəsinin ətrafında keçirilən tədbirdə şəhər rəhbərliyi, idarə və təşkilatların, həmcinin Sumqayıt ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.Ümumtəhsil məktəblərinin şagirdləri asfalt üzərində həvəslə çəkdikləri rəsm nümunələrində Azərbaycanın tarixi, iqtisadi və sosial inkişafı, memarlıq abidələri, Sumqayıtın simvolları əks olunmuşdur.Bu münasibətlə açılan sərgidə müsabiqənin ilkin mərhələlərində qalib olmuş muxtəlif məktəbləri təmsil edən şagirdlərin ən yaxşı rəsm əsərləri nümayiş etdirilmişdir.Müsabiqəyə baxış zamanı gənc rəssamlar işləri haqqinda müffəssəl məlumat vermişlər.Ümumilikdə 100 rəsm işinin təqdim olunduğu müsabiqədə Sumqayıt şəhərində fəaliyyət göstərən 50 orta ümumtəhsil məktəbinin, 1 musiqi məktəbinin məktəbinin şagirdləri, uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinin üzvləri iştuirak etmişlər.Müsabiqədə Bülbül adına 2 nömrəli musiqi, şəhərdəki 11 nömrəli və M. Quliyev adına 3 nömrəli tam orta məktəbləri şagirdlərinin təqdim etdikləri rəsm nümunələri müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülmuşdir.Qalıblər Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyələrlə mükafatlandırılmışlar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM