Asim Mollazadənin Latın Amerikası ölkələrinə səfəri başladı - FOTOLAR

17:00 | 06.03.2015
Asim Mollazadənin Latın Amerikası ölkələrinə səfəri başladı - FOTOLAR

Asim Mollazadənin Latın Amerikası ölkələrinə səfəri başladı - FOTOLAR

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin Azərbaycan nümayəndə heyəti ilə birlikdə Latın Amerikası ölkələrinə səfəri başlayıb.

ANN.Az xəbər verir ki, Partiyanın Mətbuat Xidmətindən verilən məlumata görə millət vəkili səfər zamanı Paraqvay parlamentinin Azərbaycanla dostluq qrupunun sədri və üzvlərilə, Paraqvay Senatının sədri və digər senatorlarla, həmçinin, Paraqvay parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvlərilə görüşüb. Bu görüşlərdə Azərbaycan-Paraqvay münasibətləri, parlamentlərarası əlaqələr müzakirə edilib. Asim Mollazadə həm Paraqvay, həm də Azərbaycan parlamentlərində qarşılıqlı dostluq qruplarının yaradılmasının ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində əvəzsiz rol oynadığının qeyd edib. O, bildirib ki, Azərbaycan Paraqvay və digər Latın Amerikası ölkələrilə ticarət, mədəniyyət və idman sahəsində ciddi əməkdaşlıq edir. DİP sədri bu əməkdaşlığın daha da genişlənməsində və siyasi əməkdaşlığa çevrilməsində ölkəmizin maraqlı olduğunu qeyd edib. Vurğulayıb ki, Azərbaycanda sahibkarlıq üçün əlverişli imkanlar var və bu, Latın Amerikasından olan sahibkarlar üçün cazibədar ola bilər.
 
 
A.Mollazadə Azərbaycan ərazilərinin 20%-nin  Ermənistan tərəfindən işğal olunduğunu, bu işğalın 25 ildir davam etdiyini bildirib. O deyib ki, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən qəsb edilməsi nəticəsində 1 milyona yaxın insan doğma yurd-yuvalarından məcburi köçkün düşüb. Millət vəkili Azərbaycan ərazilərinin işğalının başa çatması, bu işğallar zamanı törədilmiş hərbi cinayətlərlə bağlı beynəlxalq hüququn və ədalətin bərpası üçün paraqvaylı həmkarlarından dəstək istəyib.
 
 
Paraqvay mediasında sözügedən səfər və Azərbaycan haqqında geniş məlumatlar yer alıb. Asim Mollazadə Paraqvaydan sonra Uruqvay, Argentina və Çiliyə səfər edəcək.
 
 
ANN.Az
 



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb