AŞPA sədri: “Bu, Azərbaycana mesajımızı ötürməmiz üçün bir şans olacaq”

16:17 | 28.09.2015
AŞPA sədri: “Bu, Azərbaycana mesajımızı ötürməmiz üçün bir şans olacaq”

AŞPA sədri: “Bu, Azərbaycana mesajımızı ötürməmiz üçün bir şans olacaq”

Ann Brassör: "Avropa Şurası üçün ərazi bütövlüyü məsələsi həyati bir məsələdir”

"Biz bu gün AŞPA Bürosunun iclasında qərara gəldik ki, Azərbaycanda keçiriləcək parlament seçkilərinə öz müşahidə missiyamızı göndərək”.
 
APA-nın Avropa bürosunun xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brassör keçirdiyi brifinqdə deyib. O bildirib ki, demokratiyanın olması üçün insan hüquqlarına da hörmətlə yanaşılmalıdır: "Umid edirəm ki, bu missiyamız Azərbaycana öz mesajımızı ötürməmiz üçün bir şans olacaq”.

A. Brassör erməni jurnalistlərin guya Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində təcavüzkar tərəf olduğuna dair provokativ suallarına da cavab verib: "Mən bunu bir neçə dəfə demişəm, Avropa Şurası üçün ərazi bütövlüyü məsələsi həyati bir məsələdir. Bununla belə, zorakılıq heç vaxt cavab tərzi deyil və ola da bilməz. Hazırda danışıqlar gedir. Bizə bəziləri deyirlər ki, biz bu danışıqlarda iştirak edə bilmərik, siz bu işə qarışmayın. Amma onu da deyim ki, bu münaqişə bizim təşkilatın iki üzvü arasında gedir və biz dialoq yolu ilə bu məsələnin həllini tapmalıyıq. Biz burada, AŞPA zalında hər iki tərəf arasında gərginliyin olduğunu müşahidə edirik və bu gərginliyin öhdəsindən gəlib onu aradan qaldırmalıyıq. AŞPA da ən azından bunun həll yolunu tapmağa çalışmalıdır. Çünki ilk növbədə bu regionun əhalisi əziyyət çəkir. Bu insanlar da Avropa Şurasının üzvləridir və onların da insan hüquqları müdafiə olunmalıdır”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb