"AtaBank" ASC Korporativ Sosial Məsuliyyət
layihələri çərçivəsində 2019-cu il üçün nəzərdə tutulmuş növbəti xeyriyyəçilik
aksiyasını Bayraq gününə həsr etdi.
Bank tərəfindən Binəqədi rayonu, Hüsü
Hacıyev küçəsi 23 ünvanında yerləşən "Təmiz Dünya” İB-nin nəzdində Qadın və Uşaq
sığınacağını ziyarət etdi.
Bank heyəti sığınacaqda məskunlaşan uşaqları 9
Noyabr Dövlət Bayrağı günü münasibəti ilə təbrik edərək onlara müxtəlif rəssamlıq
ləvazimatları və şirin sovqat hədiyyət etdi. Məlumat üçün bildirək ki, "Təmiz
Dünya” Qadınlara Yardım İB 1999-cu ildə Mehriban Zeynalova tərəfindən təsis
edilib və 2002-ci ildən çətin həyat şəraitinə düşmüş qadın və uşaqlar üçün
sığınacaq xidməti fəaliyyətini göstərir. Hazırda təşkilatın rəhbərliyini
Mehriban xanımın qızı Elnurə Zeynalova müvəffəqiyyətlə davam etdirir.
Ziyarət ilə əlaqədar "AtaBank" ASC-nin Biznesin
İnkişafı departamentinin direktoru Oruc İbrahimov bildirdi: "Bu cür tədbirlər
məişət zorakılığından əziyyət çəkmiş və ya valideyn himayəsindən məhrum olan
uşaqların ehtiyac və arzularına diqqət yetirmək, onları sevindirmək məqsədi ilə
keçirilir. Lakin bu gün ən böyük sürpriz bizim onlara bəxş etdiyimiz sevinc
yox, onların bizə hazırladığı şeirlər və əl işləri oldu.”
Tədbir zamanı bank əməkdaşları uşaqlarla birgə
xatirə video və fotoşəkillər çəkdirdilər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !