ATƏT sədri Qarabağdakı gərginlikdən narahatdır

16:37 | 28.09.2015
ATƏT sədri Qarabağdakı gərginlikdən narahatdır

ATƏT sədri Qarabağdakı gərginlikdən narahatdır

Daçiç Nalbandyanla görüşüb.

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyann baş nazirinin birinci müavini və bu ölkənin XİN başçısı İvitsa Daçiç Qarabağ münaqişəsi zonasındakı gərginliyin artmasından narahatdır. 

Oxu.Az news.am saytına istinadla xəbər verir ki, bu barədə o, Ermənistanın XİN başçısı Edvard Nalbandyanla sentyabrın 27-də Nyu-Yorkda keçirilmiş görüşdə bəyan edib.  

Ermənistan XİN-nin məlumatına əsasən, görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini və bu kontekstdə ATƏT sədrinin Minsk qrupu həmsədrlərinin səylərinə dəstəyini müzakirə ediblər. 

ATƏT-in fəaliyyətdə olan sədri Qarabağ münaqişəsi zonasında gərginliyin artmasından dərin narahatlıq ifadə edib və atəşkəs rejiminə tam riayət olunmasının  vacibliyini vurğulayıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb