Avstriya səmasında barokko üslubunda kilsə - REPORTAJ

19:00 | 26.11.2015
Avstriya səmasında barokko üslubunda kilsə - REPORTAJ

Avstriya səmasında barokko üslubunda kilsə - REPORTAJ

Rüstəm Qasımov

Vyananın küçələrində gəzərkən və bir-birindən gözəl binaları görərkən, xatırlayırsan ki, bu şəhərdə uzun illər Habsburqlar sülaləsi Avropanın yarısını idarə ediblər. Avstriya paytaxtı açıq hava altında muzeyə bənzəyir. 

Şəhərin mərkəzində dayananda bir yerdə dayana bilmirsən, gözün bir binadan digərinə, bir abidədən digərinə sataşır. 

Bu dəfə bizim tədqiqat obyektimiz Müqəddəs Pyotr kilsəsi oldu – barokko memarlıq üslubunda tikilimiş roman-katolik kilsəsi Vyananın düz mərkəzində yerləşir. 
 


Biraz tarix barədə! İlk Müqəddəs Pyotr kilsədi IV əsrin ikinci yarısında tikilib, ondan indiyə qədər heç nə qalmayıb. İndiki kilsə isə Vyanın ən qədim kilsəsi sayılır. 

Orta Əsr kilsəsi ilk kilsə əsasında Romanlar tərəfindən və qotik üslubda təzədən qurulub. Onun əsasını 792-ci ildə Böyük Karlın qoyduğu barədə də versiya var, ancaq bunu sübut edən sənədlər yoxdur. Bu kilsə barədə ilk dəfə 1137-ci ildə xatırladılır. Kilsə düzbucaqlı formada və 3 otaqdan ibarət olub. Orta əsr kilsəsisinin 3 altarı vardı. 
 


12-ci əsrdə kilsə Şotland abbatlığının bir hissəsi oldu. 1661-ci ildə kilsə yanandan sonra təmirə bağlandı. Yeni kilsənin tikilməsiylə bağlı qərar 1676-cı ildə İmperator I Leopoldun da üzvü olduğu Müqəddəs Üçlük Qardaşlığının təşəbbüsüylə verildi. 1701-ci ildə I Leopoldun təşəbbüsü ilə yeni kilsənin tikintisinə başlanıldı. Yeni Müqəddəs Pyotr Kilsəsinin fundamentinin planlaşdırılması və tikintisini Qabriel Montani həyata keçirirdi. 

Yeri gəlmişkən, qeyd edək ki, yeni kilsənin tikintisi 30 ildən çox çəkdi, tikinti yalnız 1733-cü ildə tamamlandı. Memar Lukas fon Hildebrands binanın layihəsini hazırlayarkən, Romadakı Müqəddəs Pyotr kilsəsinə istinad etmişdi, buna görə də iki bina arasında oxşarlıqlar çoxdur. 
 


Bundan başqa, yuxarıda adı keçən memardan başqa, kilsənin tikintisində Andrea Altomonte də iştirak edirdi.

Binaya baxanda onun nəhəngliyi və möhtəşəmliyi insanı heyran edir. Binanı uzaqdan görsən belə, onun möhtəşəmliyinə biganə qalmaq mümkünsüzdür.  

Binaya girişi Zəfər Tağı bəzəyir, siz dərhal onun gözəlliyyinin əsirinə çevrilirsiniz. Vyanada olarkən mən 5 tarixi abidə olan kilsəyə baş çəkmişdim, onların arasında ən möhtəşəmi bu idi. 
 


Firuzəyi günbəzi məşhur italyan rəssamı Andrea Possonun çəkdiyi freskalar bəzəyir. Possonun ölümündən sonra isə 1713-cü ildə İohan Mixail Rotmaer interyeri öz zövqü əsasında bəzəyib. Ancaq yeni forma və dəyişiklik müqəddəs Pyotr Kilsəsinin əzəmətinə təsir etməyib. 

 Böyük kilsələr özlərinin böyük orqanları ilə də seçilirlər, ilahi musiqi bu ibadət məbədlərində böyük rol oynayır, bu mənada Müqəddə Pyotr kilsəsi də xüsusilə seçilir. 
 


Kilsəyə hər kəs daxil ola və ibadət edə bilər. Üstəlik, foto çəkməyə də icazə verilir, bunun da sayəsində arzulayanlar bu gözəlliyin bir parçasını özləriylə birgə apara bilərlər. 

Kilsəyə giriş ödənişsizdir, amma ürəyi istəyən hər kəs xüsusi qoyulmuş qutuya müəyyən məbləğ atmaqla xeyriyyəçilik edə bilər. 

Bununla bizim Vyanadakı Müqəddəs Kilsəyə ziyarətimiz başa çatır. Aşağıda daha çox fotoyla tanış ola bilərsiniz...

Xeş seylər: 
 






























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb