AZAL-ın Türkiyəyə reysləri ləğv edildi

10:19 | 16.07.2016
AZAL-ın Türkiyəyə reysləri ləğv edildi

AZAL-ın Türkiyəyə reysləri ləğv edildi

Azərbaycandan Türkiyəyə aviareyslərin yerinə yetirilməsi hələ ki, bərpa olunmayıb. Bu gün səhər İstanbul və Ankaraya nəzərdə tutulan reyslər ləğv edilib.

Bu barədə Report-a "Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər saatlarına olan üç reys ləğv edilib:

"Onlardan ikisi İstanbula, biri isə Ankaraya aviareys yerinə yetirməli idi. Hər hansı yenilik olduğu təqdirdə, ictimaiyyətə məlumat veriləcək”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb