Azarkeşlər Messinin satılmasını istəyir

23:39 | 19.05.2014
Azarkeşlər Messinin satılmasını istəyir

Azarkeşlər Messinin satılmasını istəyir

Barselona” azarkeşləri Messinin satılmasını istəyiblər. Apasport.az saytının məlumatına görə, “Sport.es” portalında keçirilən səsvermə zamanı klubun azarkeşlərinin 37 faizi argentinalı hücumçunun satılmasını dəstəkləyib.

 

“Barselona”nın azarkeşləri hesab edir ki, bu mövsüm ancaq İspaniya Superkubokunu qazana bilən komandanın uğursuzluğunda Messi günahkardır.

 

Azarkeşlər eyni zamanda qapıçı Xose Pintonun (92 faiz), müdafiəçilər Daniel Alvesin (81 faiz) və Havyer Maskeranonun (53 faiz), yarımmüdafiəçi Aleksa Sonqun (59 faiz) və hücumçu Aleksis Sançesin (21 faiz) komandanı tərk etməsini istəyib.

 

Messi bu mövsüm 46 rəsmi oyunda 41 qol vurub. “Barselona” mayın 16-da 26 yaşlı hücumçu ilə yeni müqavilə barədə razılığa gəldiyini elan edib. Yeni müqaviləyə görə, Messi ildə 20 milyon avro alacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb