Azərbaycan cüdoçusu Qran-pridə qızıl medal qazanıb

18:00 | 25.05.2019
Azərbaycan cüdoçusu Hidayət Heydərov Qran-pri turnirində qızıl medal qazanıb. 

Anews.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançımız Çinin Hohhot şəhərində keçirilən yarışda bütün rəqiblərini məğlub edib. 

İlk görüşdə gürcüstanlı Georgios Azoidisə qalib gələn H. Heydərov ardınca Yevgeni Prokopçuk (Rusiya), Antuan Buşar (Kanada) və Tommi Masuasuni (İsveç) də məğlub edib. Cüdoçumuz finalda Viktor Skvortsovla (BƏƏ) üz-üzə gəlib. Görüş H. Heydərovun qələbəsi ilə başa çatıb. Həmyerlimiz çempion tituluna ipponla nail olub. 

Ondan fərqli, 73 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Məmmədov startda fransalı Qiyom Şaneyə uduzub. 
Qeyd edək ki, yarışda son olaraq tatamiyə Zelim Kotsoy

www.anews.az
loading...

Xəbər lenti