Azərbaycan Gürcüstandan minaatan və qumbaraatan alıb

17:28 | 27.01.2016
Azərbaycan Gürcüstandan minaatan və qumbaraatan alıb

Azərbaycan Gürcüstandan minaatan və qumbaraatan alıb

Gürcüstanın "Delta” dövlət hərbi elmi-texniki mərkəzi 2015-ci ildə Azərbaycana minaatan və qumbaraatanlar, Misirə isə bir neçə zirehli inkassator maşını satıb.

Oxu.Az "Qruziya Online” istinadən xəbər verir ki, "Delta” həmçinin Moldovaya dolu əleyhinə sistemlərin satışı barədə danışıqları başa çatdırır.

Qeyd edək ki, dünən "Delta”nın Səudiyyə Ərəbistanı ilə 100-dək artıq tibbi-təxliyə zirehli maşınlarının satışı barədə 100 milyon larilik (40 milyon dollar yaxın) müqavilə bağladığı məlum olub. 12 maşından ibarət ilk partiya yanvarın 30-da sifarişçiyə göndərilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb