Azərbaycan MDB-nin ən perspektivli turizm ölkəsi seçildi

14:02 | 31.03.2016
Azərbaycan MDB-nin ən perspektivli turizm ölkəsi seçildi

Azərbaycan MDB-nin ən perspektivli turizm ölkəsi seçildi

Bu, Rusiyanın Travel.ru turizm servisinin tərtib etdiyi siyahıda qeyd edilib

Rusiyanın "Travel.ru" turizm servisi 2016-cı ildə MDB ən perspektivli turizm ölkələrini müəyyənləşdirib. Reytinq son il ərzində müstəqil səyahət edən turistlərin hotel və mənzil ayırmalarının artması əsasında tərtib edilib.

"Report" "Travel.ru" turizm servisinə isyinadən xəbər verir ki, MDB ölkələrində 1 sutka qalmaq xərci orta hesabla 3 min rubl (71,18 AZN) təşkil edir. MDB ölkələri rusiyalı turistlər üçün nisbətən ucuz qiymətlər, inkişaf etmiş infrastruktur, vizasız giriş və əsasən də yerli sakinlərin rus dilində danışa bilmələri ilə cəlbedici olublar.

Məqalədə qeyd edilir ki, rusiyalılar arasında istirahət üçün populyarlığının artım səviyyəsinə görə Azərbaycan liderlik edir.

MDB ölkələrinin bu göstəricilərə görə "top-5"ə həmçinin Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan daxildir.

2015-ci ildə Azərbaycana 2 mln.-dan artıq gələn turistin 685 min nəfəri Rusiyanın payına düşüb. Onlar əsasən paytaxt Bakı, Şahdağ dağ-xizək kurortu, Gəncə, Şamaxı, Qəbələ və Naftalan, habelə Göygöl, Xudat, Xaçmaz, Astara, Siyəzən və Lənkərana ziyarət ediblər.

Qazaxıstana isə hər il təxminən bir milyon turist səfər edir. Bu ölkənin populyar məkanları Astana, Alma-Ata, Turkestan, Çimbulak və Borovoye dağ-xizək kurortudur.

2015-ci ildə Ermənistana 1,2 mln. turist gedib, onların 500 mini Rusiyadan olub. Turistlər İrəvan, Cermuk, Tsaxkadzor və Sevan gölünə üstünlük veriblər.

Qırğızıstan 2015-ci ildə 1,2 mln. turist qəbul edib.

300 min turistin səfər etdiyi Belarusda isə əsasən rusiyalılar üstünlük təşkil ediblər. Onlar Minsk, Vitebsk, Qomel, Qrodno, Brest, Loqoysk dağ-xizək kurortu və Naroç gölünə baş çəkiblər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM