Azərbaycan Türkiyəyə 20 milyard dollar sərmayə qoyacaq - VİDEO

22:53 | 06.06.2014
Azərbaycan Türkiyəyə 20 milyard dollar sərmayə qoyacaq - VİDEO

Azərbaycan Türkiyəyə 20 milyard dollar sərmayə qoyacaq - VİDEO

Yeni saziş imzalanacaqSOCAR Türkiyəyə investisiya qoyuluşunun həcmini artırıb. Azərbaycanın Türkiyə iqtisadiyyatına yatıracağı sərmayənin artırılacağı xəbəri, əslində dünən prezident İlham Əliyevdən gəlmişdi. Türk birliyinin sammitindəki açıqlamasından bir gün sonra isə böyük razılaşma baş tutdu.ANS TV-nin məlumatına görə, İzmirin Əliağa yarımadasında tikiləcək “STAR” neftayırma zavodunun maliyyələşdirilməsinə dair kredit sazişi imzalanıb.Qeyd edik ki, 2011-ci ilə Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə təməli qoyulan zavodun maliyyələşdirilməsi ilə bağlı iki il yarım davam edən müzakirələrdən sonra dünyanın və Avropanın önəmli maliyyə qurumları NEZ-in inşasına maliyyə dəstəyi verməyə razı olub. Bu gün 3,3 mlrd. dollarlıq layihənin imza mərasimi keçirilib. 2018-ci ilə qədər Türkiyənin neft sektorunda 120 mlrd. dollarlıq sərmayə qoyulacaq. Bunun da 20 mlrd. dolları Azərbaycanın payına düşür. Bu kredit Türkiyə tarixində bir layihəyə verilən ən uzun müddətli və ucu açıq olan kreditdir.İmza mərasimində çıxış eden Sənaye naziri Natiq Əliyev isə bu hadisəni yeni qələbə adlandırıb. “Avropanın və dünyanın ən böyük maliyyə qurumları bu gün bu layihəyə dəstək verirlər. 20 il əvvəl Azərbaycan özü kənardan sərmayə axtarırdısa, bu gün özü dünyanın bir çox ölkələrinə sərmayə yatıran ölkəyə çevrilib".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb