Azərbaycan yeni vaqonlar alır

13:46 | 10.04.2015
Azərbaycan yeni vaqonlar alır

Azərbaycan yeni vaqonlar alır

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İsveçrənin "Stadler Rail” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, "Stadler Rail” şirkətlər qrupunun baş direktoru Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyətinin (nümayəndə heyətinin üzvləri layihənin koordinatoru Tomas Zvifel, MDB üzrə satış direktoru Matias Stöhr) bu görüşü "Azərbaycan Dəmir Yolları” QSC-nin yeni rəhbərliyi ilə tanışlıq məqsədi daşıyırdı. 

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Sonra "Stadler Rail” şirkətlər qrupundan gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə sərnişin daşınmasını həyata keçirmək üçün 30 yeni sərnişin vaqonunun alınması, 18 oktyabr 2014-cü ildə prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan "Stadler” Gəncə vaqon istehsalı zavodunun tikintisi məsələləri müzakirə olunub.

"Stadler Rail” şirkətlər qrupunun baş direktoru Peter Şpuler çıxış edərək, "Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldıqlarinı bilidirib. 

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb